Azərbaycan futbolu

Turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasında XIX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Aut.az xəbər verir ki, ən yüksək göstərici “Neftçi” – “Qəbələ” oyununda qeydə alınıb. “Palms Sports Arena”da baş tutan görüşdə 1000 tamaşaçı olub.

Ən aşağı göstərici isə Qubada qeydə alınıb. “İmişli” – “Kəpəz” görüşündə oyunu tribunalardan 110 tamaşaçı izləyib.

Sabah – Araz-Naxçıvan 4:1 (951 tamaşaçı)
Sumqayıt – Zirə 2:3 (700 tamaşaçı)
İmişli – Kəpəz 0:0 (110 tamaşaçı)
Turan Tovuz – Karvan-Yevlax 1:0 (400 tamaşaçı)
Şamaxı – Qarabağ 1:2 (900 tamaşaçı)
Neftçi – Qəbələ 1:0 (1000 tamaşaçı).