İspaniya

“Real” “Barselona”nın bu addımını xəyanət hesab edir

“Real Madrid”in prezidenti Florentino Peres “Barselona”nın Avropa Super Liqasından rəsmən çıxmaq qərarından qəzəblənib.

Aut.az xəbər verir ki, Laporta bunu “Barsa”nın prezidenti Joan Laportanın xəyanəti kimi qiymətləndirib.

Bu barədə “The Touchline” “X” sosial media səhifəsində məlumat verilib.

Mənbənin məlumatına görə, xəyanətə uğradığını hiss edən Peres, bu qərarın klublar arasında münasibətləri gərginləşdirdiyinə inanır. Buna görə də, “kral klubu” Neqreyra işi ilə bağlı davam edən məhkəmə prosesi ilə əlaqədar “Barselona”ya təzyiqi artırmaq niyyətindədir.

Kataloniya klubu 7 yanvar şənbə günü Super Liqadan çıxdığını rəsmi olaraq elan etdi. “Real” hazırda Super Liqada qalan yeganə klubdur.

Aut.az