Şok iddia: Bu oyunda xal itirsələr, qovulacaq
“Barselona”nın baş məşqçisi Xavi istefaya göndərilə bilər.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin sözlərinə görə, qərar Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Portu” ilə keçiriləcək oyunun nəticəsindən asılıdır.
“Barselona” uduzsa və ya heç-heçə etsə, onunla yollar ayrıla bilər.
Qeyd olunur ki, Xavi uğur qazanmaq üçün “Portu” ilə qarşıdakı oyunda mümkün olan maksimum heyəti meydana çıxaracaq.
“Barselona” 9 xalla qrupda birinci yerdədir. “Porto”nun da eyni xalı var. “Barselona” – “Portu” matçı noyabrın 28-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Aut.az
