MY Kerriki saxlaya bilər: Bir şərtlə
“Mançester Yunayted” klubunda komandanın yeni baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında keçirdiyi dəyişikliklər yüksək qiymətləndirilir.
Aut.az xəbər verir ki, “Touchline”-nın məlumatına görə, mankunianların rəhbərliyi uğurlu nəticələr davam edəcəyi təqdirdə mütəxəssisi növbəti mövsüm üçün də komandada saxlamaq variantını nəzərdən keçirir.
Kerrik “qırmızı şeytanlar”ın baş məşqçisi postuna ötən ayın ortalarında təyin olunub. Onun rəhbərliyi altında “Mançester Yunayted” İngiltərə Premyer Liqasında ardıcıl 4 qələbə qazanıb.
Tərəflər arasında mövcud müqavilə bu ilin yayında başa çatır. Premyer Liqada 25 turdan sonra mankunianlar 44 xal toplayaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıblar. “Mançester Yunayted” lider “Arsenal”dan 12 xal geri qalır.
Aut.az
