21-ci əsrin ən yaxşı qapıçıları
Fransanın “Canal+” televiziya kanalı 21-ci əsrin ən yaxşı qapıçılarının reytinqini dərc edib.
Aut.az xəbər verir ki, səsvermədə kanalın redaksiya heyətində çalışan idman jurnalistləri və keçmiş oyunçular iştirak ediblər. Reytinq tərtib edilərkən dörd əsas meyar nəzərə alınıb:
– Uzun müddət ərzində müstəsna və təsirli nəticələr;
– Davamlı bir miras və gələcək nəsillərə ilham vermək qabiliyyəti;
– Kubokların əhəmiyyətli bir siyahısı və onların fəthində həlledici rol;
– Həm komanda yoldaşları, həm də rəqiblərlə meydanda və meydandan kənarda nümunəvi davranış.
İlk 15-lik belə görünür:
- Manuel Noyer;
- Canluici Buffon;
- Tibo Kurtua;
- İker Kasilyas;
- Oliver Kan;
- Petr Çex;
- Edvin van der Sar;
- Fabien Bartez;
- Huqo Lloris;
- Keylor Navas;
- Yan Oblak;
- Canluici Donnarumma;
- Dida;
- Alisson;
- Emiliano Martines.
Aut.az
