Beşqat dünya çempionu televiziya kanalını məhkəməyə verdi: 340 milyonluq iddia
Beş çəki dərəcəsində sabiq dünya çempionu, hazırda isə Şöhrət Zalının üzvü olan amerikalı Floyd Meyvezer ABŞ-nin “Showtime” televiziya kanalını məhkəməyə verib.
Aut.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Meyvezer Kaliforniya məhkəməsinə müraciət edərək, keçmiş məsləhətçisi El Heymonun “Showtime”-ın prezidenti Stiven Espinozanın iştirakı ilə maliyyə fırıldağına yol verdiyini iddia edib. İddia tərəfinin versiyasına əsasən, uzun illər davam edən əməkdaşlıq dövründə Heymon təxminən 340 milyon dolları mənimsəyib.
Qeyd olunur ki, iddiada 2015-ci ilin mayında Menni Pakyao ilə, eləcə də 2017-ci ilin avqustunda Konor Makqreqorla keçirilmiş döyüşlərdən əldə edilməli olan qonorarın itirilmiş hissəsi də yer alır.
Aut.az
