İngiltərə

“Siti”nin ulduzu qarət olundu

“Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Diaşın evi qarət edilib.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İnformasiya qısa müddət sonra klubun nümayəndəsi tərəfindən də təsdiqlənib.

Hadisə Çempionlar Liqasının “Qalatasaray”la oyunu zamanı baş verib. Diaş zədəli olduğu üçün meydana çıxmayıb, lakin matçı “Etihad Stadium”da izləyib. Futbolçunun sevgilisi Maya Jama xaricdə işlədiyi üçün o da qarətçilərlə üz-üzə gəlməyib.

Mediada yer alan məlumata görə, portuqaliyalı futbolçunun evindən şəxsi əşyalar, texnika, geyimlər və zinət əşyaları oğurlanıb. Dəymiş zərərin məbləği hələlik açıqlanmayıb.

“Bazar ertəsi o, məşqlərə qayıdacaq. Klub Diaşı dəstəklir, bundan sonra vəziyyətə baxacağıq”, – deyə Qvardiolanın köməkçisi Pep Leynders hadisə ilə bağlı açıqlama verib.

Aut.az