Peres “Benfika”ya məğlubiyyətin günahkarlarını tapıb
“Real Madrid” səfərdə “Benfika”ya 2:4 hesabı ilə uduzaraq Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqə qazana bilmədiyi üçün komandada gərginlik yaşanır.
Aut.az “Cadena SER” kanalına istinadən xəbər verir ki, oyundan sonra “Real Madrid”in prezidenti Florentino Peres duruma müdaxilə etməli olduğunu hiss edib. O, beş oyunçuya müraciət edərək narazılığını bildirib.
Peresin narazı olduğu şəxslərdən biri də yarımmüdafiəçi Cud Bellinqem olub. Daha əvvəl mətbuatda Peresin Bellinqemi “Real”ın lideri olmağa çağırdığı barədə məlumatlar yayılmışdı. “Real Madrid” Çempionlar Liqasının pley-off mərhələsində yenə də “Benfika” ilə qarşılaşacaq.
Aut.az
