Dünya futbolu

“Real”ın və “Arsenal”ın sabiq ulduzları Qazaxıstan klubunda?

Qazaxıstanın “Aktobe” klubu “Real Madrid” və “Liverpul”un keçmiş ulduzları Ceyms Rodriges və Cerdan Şakiri ilə müqavilə imzalaya bilər.

Aut.az xəbər verir ki, jurnalist İvan Karpovun sosial media hesabında verdiyi məlumata görə, hər iki 34 yaşlı oyunçu klubun namizədləri siyahısındadır. Lakin məlumdur ki, hər iki oyunçunun transferi yalnız komandanın “Atletiko Mineyro”dan hücumçu Halkla razılığa gələ bilməməsi halında mümkündür.

Əvvəllər “Liverpul” və “Bavariya”da oynamış Cerdan Şakiri son il yarımdır ki, İsveçrənin “Bazel” klubunda çıxış edir.

“Real Madrid”in keçmiş oyunçusu Ceyms Rodriges bir neçə həftə əvvəl Meksikanın “Leon” klubu ilə müqaviləsini ləğv etdikdən sonra hazırda azad agent statusundadır.

Aut.az