Dünya futbolu

Messinin durumu necədir? – Maskerano deyir ki…

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin Liqa Kubokunda “Nekakso” ilə matçda (2:2, penalti seriyası 5:4) aldığı zədənin ağırlığından danışıb.

Aut.az xəbər verir ki,  Maskerano matçdan sonra keçirdiyi mətbuat konfransında “Messi diz nahiyəsində diskomfort hiss etdi, zədənin dərəcəsini sabaha kimi biləcəyik. Amma çox ağrı hiss etmədiyinə görə ciddi olmaya bilər” deyib.

Xatırladaq ki, Messi matçın 11-ci dəqiqəsində meydanı tərk edib. Bu mövsüm o, MLS-də 18 matçda 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Liqa Kubokunda argentinalı iki matçda qol vura bilməyib.

Aut.az