İkisi ÇL ilə vidalaşdı, biri isə…
Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunları keçirilib və onların yekununda turniri vaxtından əvvəl tərk edən ilk iki komanda müəyyənləşib.
Aut.az xəbər verir ki, bu klublar müvafiq olaraq “Brügge”yə və “Ayaks”a məğlub olan “Kayrat” və “Vilyarreal”dır.
Hər iki komanda 7 oyundan sonra cəmi 1 xal toplayıb. 1/16 finalda iştirak hüququ verən sonuncu — 24-cü pillədə isə turun bitməsinə bir oyun qalmış 8 xalla “Kopenhagen” qərarlaşıb.
Qalan bütün klublar hələ də nəzəri baxımdan ümumi mərhələnin yekununda “ilk 24-lüy”ə düşmək şansını saxlayır.
Əlavə edək ki, 1/8 finalın ilk iştirakçısı da bəlli olub. 7 oyunda 7 qələbə qazanan “Arsenal” növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib.
Aut.az
