Çempionlar Liqası

“Real”ın əfsanələrindən rekord göstərici

“Real” finalda “Borussiya”ya qalib gələrək (2:0) Çempionlar Liqasının 2023/24 mövsümünün qalibi olub.

Aut.az xəbər verir ki, Madrid klubunun 4 futbolçusu karyeralarında 6-cı dəfə Çempionlar Liqasının qalibi olub ki, bu da rekord göstəricidir. Bunlar Toni Kroos, Naço Fernandes, Daniel Karvaxal və Luka Modriçdir.

Naço, Karvaxal və Modriç kubokların hamısını “Real”la, Kroos isə “Real”dan əlavə “Bavariya” ilə 1 dəfə qazanıb.

Həmçinin “Real”ın keçmiş futbolçusu Fransisko Gento 6 dəfə bu uğura imza atıb.