Çempionlar Liqası

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la (Cəbəllütariq) səfər matçını “Viktoriya” stadionundan izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

Aut.az xəbər verir ki, Ağdam klubu bu oyun üçün ayrılmış biletlərin oyun günü saat 16:30-dan etibarən satışda olacağını açıqlayıb. Biletin qiyməti 5 funt-sterlinqdir.

Qed edək ki, “Qarabağ”ın “Linkoln”la səfər matçı iyunun 11-də sabah keçiriləcək və saat 19:30-da başlayacaq.