Futbolçunu bu hərəkətinə görə həbs etdilər – VİDEO
Uelsd həvəskarlar liqası matçı böyük qalmaqala çevrilib və indi futbol sahəsindən kənara çıxıb.
Aut.az xəbər verir ki, Qərb Liqasının “Trerdur Bay” – “Porthmadoq” matçında bir oyunçu rəqibin üzünə qəsdən dirsəklə vurub.
Tribunadan bir izləyici tərəfindən lentə alınan görüntülərdə “Trerdur”un futbolçusu Tom Taylorun penalti zərbəsindən əvvəl pauza zamanı rəqibinə dirsəklə vurması görünür. Qurban zərbədən sonra huşsuz halda yerə yıxılır.
Nəticədə “Trerdur” Tom Tayloru komandadan uzaqlaşdırıb. Şimali Uels polisi 35 yaşlı futbolçunun həbsini təsdiqləyib. Klub həmçinin bildirib ki, heç bir qanunsuz hərəkəti qəbul etmir və istintaqla əməkdaşlıq edir.
A lot of anger online tonight after this cowardly elbow from Tom Taylor who plays for Treaddur Bay in Wales 😲 It was against Porthmadog FC.
Tom Taylor previously had spells with Halesowen, Stourbridge and Bromsgrove Sporting. He has been at Treaddur Bay since September 2024.… pic.twitter.com/zybMGwxtb6
— Proper Football (@ProperFootball8) January 17, 2026
Aut.az
