Ronaldonun bu görüntüləri trend oldu – VİDEO
“Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldonun ailəsi ilə birlikdə tətildə olduğu barədə məlumat vermişdik. Portuqaliyalı istirahətdə olsa da, idmandan uzaq qalmır.
Aut.az xəbər verir ki, o, əla formada qalmaq üçün günün bir hissəsində məşqlərinə davam edir. 38 yaşlı əfsanə fitnes çalışmalarına üstünlük verir.
Onun məşq zamanı sosial şəbəkələrdə paylaşdığı video böyük marağa səbəb olub. “Qızıl top”un 5 qat qalibinin dəmir qantellə məşq etməsi izləyiciləri xeyli təəccübləndirib.
Fanatları Ronaldonun peşəkar davranışını yüksək qiymətləndiriblər.
