“Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldonun anası Dolores Alveyro oğlunun Corcina Rodrigezlə münasibətlərini pozmağa çalışır.
Aut.az xəbər verir ki, portuqaliyalı ulduzun anası Corcinanı oğlunun həyatından çıxarmaq üçün hətta cadugərə müraciət edib. Bu barədə kubalı ekstrasens Mhoni Videntedən “SportsManor”a məlumat verib.
O, bildirib ki, Ronaldonun anası sevgilisinə cadu etdirir. O, oğlunun onunla evlənməsini və ya övlad sahibi olmasını istəmir:
“Buna səbəb artıq 3 övlad itirmələridir. Əkizlərdən biri öləndə Dolores Krişə Corcinanı evində görmək istəmədiyini deyib. Bu səbəbdən futbolçu sevgilisini anasının evinə aparmır”, – deyə ekstrasens bildirilib.
Bu, Videntenin portuqaliyalı haqqında ilk açıqlaması deyil. Ekstrasens ötən il futbolçunun 2023-cü ilə qədər karyerasını bitərəcəyini proqnozlaşdırmışdı. Bundan əlavə, Mhoni bildirib ki, Ronaldon təqaüdə çıxdıqdan sonra Asiya və ya Avropa klublarından birində məşqçi olacaq.