Oyundan sonra hakimi döydülər
Basketbol klubu “Pato”nun nümayəndələri “Kaşias-du-Sul”la keçirilən və 85:91 hesabı ilə başa çatan oyundan sonra meydana çıxaraq qarşılaşmanın hakimi Dieqo Çikonatoya hücum ediblər.
Aut.az xəbər verir ki, bu barədə “Blog Turnover” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, insidentlə bağlı araşdırma aparılması üçün hadisə yerinə polis çağırılıb. Daha sonra Milli Basketbol Liqası (LNB) qərar verib ki, “Pato” növbəti göstərişədək ev oyunlarını azarkeşsiz keçirəcək. Həmçinin klubun bir neçə əməkdaşı LNB-nin himayəsi altında keçirilən bütün tədbirlərdən müddətsiz kənarlaşdırılıb.
21 oyundan sonra “Pato” LNB-nin turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 20-də səfərdə “Kruzeyro”ya qarşı keçirəcək.
Atua.z
