Ulduz oyunçunun boyu uzanıb?
Basketbolçu Viktor Vembanyamanın (“San Antonio Spörs”) boyu yeddi fut dörd düym (təxminən 224 sm) təşkil edir.
Aut.az xəbər verir ki, bu barədə bir sıra KİV məlumat yayıb.
Qeyd olunur ki, ötən mövsüm Milli Basketbol Assosiasiyasında (NBA) fransız basketbolçunun rəsmi boyu yeddi fut üç düym (təxminən 221 sm) kimi göstərilirdi. Şimali Amerika liqasının rəsmi saytında hələ də Vembanyamanın boyu yeddi fut üç düym olaraq qeyd olunub.
Ötən mövsüm NBA-də Vembanyama 46 oyun keçirib və orta hesabla hər matçda 24,3 xal, 11 ribaund və 3,7 assist edib. Həmçinin onun hesabında orta hesabla 3,8 blok var. Fransız basketbolçu oyun ərzində zərbələrin 47,6%-ni dəqiq yerinə yetirib, üçxallıq zərbələrin dəqiqliyi 35,2%, cərimə zərbələrinin dəqiqliyi isə 83,6% olub.
Aut.az
