Basketbol

Məhkəmə təcavüzkar oyunçu ilə bağlı qərar verdi: 100 ay həbs

NBA-nın sabiq basketbolçusu Ben Maklemor cinsi təcavüzdə təqsirli bilinərək 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Aut.az xəbər verir ki, Bu barədə ESPN məlumat yayıb.

Məhkəmə Maklemoru 100 ay həbs cəzasına məhkum edib. İclas zamanı idmançı zalda iştirak etsə də, son söz hüququndan istifadə etməyib. Onun vəkili bildirib ki, müdafiə tərəfi işin yenidən araşdırılmasına ümid edir.

Cinayət 2021-ci ilin oktyabrın 3-də keçirilən bir məclisdə baş verib. Zərərçəkən qadın ifadəsində bildirib ki, çoxlu alkoqol qəbul etdiyindən şüursuz vəziyyətdə olub və razılıq vermə imkanı olmayıb.

Maklemor 2013 NBA draftında “Sakramento Kings” tərəfindən seçilib. O, daha sonra “Memfis Qrizliz”, “Hyuston Rokets”, “Los-Anceles Leykers” və “Portlend Treyl Bleyzers” komandalarında çıxış edib. Basketbolçu 2022-ci ildən bəri NBA-da oynamır.

Aut.az