Əfsanə zədəsindən danışdı: Buna qocalmaq deyilir
“Los Anceles Leykers”in lideri Lebron Ceyms sol ayaq dabanındakı problemlərlə bağlı sualına özünəməxsus şəkildə cavab verib.
Aut.az xəbər verir ki, veteran idmançıya narahatlığı necə idarə etdiyi soruşulub. “Bəli, buna qocalmaq deyilir. Sadəcə səhər oyanırsan və axşam olmayan şeylərlə üzləşirsən”— deyə Ceyms bildirib.
Hazırda Lebron 40 yaşındadır. Dekabrın sonunda basketbolçu 41 yaşını qeyd edəcək. Ceyms mövsümün əvvəlində də sinirindəki problem səbəbindən NBA oyunlarını buraxmışdı.
Aut.az
