İspaniya

“Barselona” finalında!

“Barselona” İspaniya superkubokunun yarımfinal oyununda “Atletik”ə 5:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilir.

Qollar Ferran Torres (22-ci dəqiqə), Fermin Lopes (30), Runi Bardqi (34) və Rafinya (38, 52) vurublar.

Finalda “Barselona” “Real” və “Atletiko” arasında yanvarın 8-də keçiriləcək matçın qalibi ilə oynayacaq.

Final görüşü yanvarın 11-də keçiriləcək.