İspaniya

Mbappe burnundan əməliyyat olunacaq?

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe burun əməliyyatı ilə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, forvard millinin heyətində Avropa çempionatının 1-ci turunda Avstriya ilə oyunda (1:0) burnundan zədə alıb.

“Burun əməliyyatı? Həkimlərlə əlaqə saxlayıram və tətildən qayıdanda mənə hər şeyi deyəcəklər”, – Mbappe mətbuat konfransında deyib.

Kilian Mbappenin “Real”da Madridə rəsmi təqdimat mərasimi  bu gün, iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda keçirilib.

Aut.az