İngiltərə

48 illin antirekordu

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə keçirilən oyunda “Mançester Yunayted” “Bernli” üzərində qələbə qazana bilməyib – 2:2.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə çempionatında ardıcıl 16 səfər oyununda qapısını toxunulmaz saxlaya bilməyib ki, bu da klubun son 48 ildəki antirekordudur. Bu barədə “Squawka” məlumat yayıb.

1977/78 mövsümündə komanda ardıcıl 17 görüşdə qol buraxıb.