Bu davranışa görə 152 min dollar ödədilər
İngiltərə Futbol Assosiasiyası (FA) 14-cü turda “Tottenhem”lə keçirilən oyunda (3:3) futbolçuların davranışına görə “Mançester Siti”ni cəzalandırıb.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
“Şəhərlilər”in oyunçuları, əsas vaxtın sonunda Erlinq Haalada kobudluqdan sonra oyunu dayandırmayan hakimə hücum ediblər.
“Şəhərlilər” günahlarını etiraf ediblər və 152 min dollar cərimə olunublar.
Aut.az
