Boks

Kiməsə yumruq vurub pul almaqdan yaxşı heç nə yoxdur – Qayıdır

Keçmiş dünya çempionu Tayson Fyuri karyerasını bərpa etməyə hazır olduğunu açıqlayıb.

Daha əvvəl Fyurinin 2026-cı ildə Entoni Coşua ilə döyüş üçün boksa qayıda biləcəyi ilə bağlı şayiələr yayılmışdı.

Aut.az xəbər verir ki, Fyuri sosial mediada yazıb: “2026-cı il kralın qayıdış ilidir. Bir az fasilə verdim, amma indi yenidən döyüşə qayıdıram. 37 yaşım var və yenidən döyüşməyə hazıram. Oğlanların üzünə yumruq vurub bunun müqabilində pul almaqdan yaxşı bir şey yoxdur”.

Fyuri karyerasını bitirdiyini dörd dəfə elan edib: 2013-cü ilin noyabrında, 2017-ci ilin iyulunda, 2022-ci ilin aprelində və 2025-ci ilin yanvarında.

Aut.az