Boks

Əfsanə Şakurun qələbəsinə 10 min dolar mərc etdi

Dekabr ayında karyerasınıbitirən amerikalı məğlubedilməz dünya çempionu Terens Krouford (42-0, 31 KO), bloger Edin Rossun KICK platformasında yayımladığı verilişdə üç çəki dərəcəsində dünya çempionu, məğlubedilməz amerikalı Şakur Stivensonun (24-0, 11 KO) Teofimo Lopes (22-1, 13 KO) ilə döyüşdə qələbəsinə mərc edib.

Aut.az xəbər verir ki, əfsanə Şakurun qələbəsinə 10 min dollar mərc edib.

İki amerikalı arasında döyüş 2026-cı il fevralın 1-i gecəsi ABŞ-ın Nyu-York şəhərində baş tutacaq.

Şakur Stivensonun 28 yaşı var. Onun peşəkar debütü 2017-ci ildə baş tutub və üç çəkidə (57,2 kq-a qədər, 59 kq-a qədər və 61,2 kq-a qədər dünya titullarını qazanıb.

Teofimo Lopezin 28 yaşı var. Amerikalı boksçu peşəkar debütünü 2016-cı ildə edib və yüngül və yarımyüngül çəkidə dünya çempionu olub.

Aut.az