Azərbaycan futbolu

Zamiq Əliyev oynadı?

Albaniya superkubokunun qalibi məlum olub.

Aut.az xəbər verir ki, titul uğrunda həlledici matçda “Eqnatiya” “Dinamo” (Tirana) ilə üz-üzə gəlib.

Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” bu matçda uduzub. “Dinamo” 3:1 hesabı ilə qalib gələrək, superkubokun sahibi olub.

Azərbaycan millisində də oynamış Əliyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.