Dünya futbolu

“Siti”nin sahibləri bu klubdakı paylarını satdılar

“Mançester Siti”nin sahibi olan “City Football Group” Hindistanın “Mumbay” klubundakı payını satıb.

Aut.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

CFG-nin açıqlamasında bildirilir ki, holdinq Hindistan Superliqasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu qərarı qəbul edib və sahib olduğu 65 faizlik payı satır. Klubun idarəçiliyi yenidən onun təsisçilərinin ixtiyarına keçəcək.

Qeyd edək ki, Hindistan çempionatı hazırda kommersiya tərəfdaşı tapmaqda yaşanan çətinliklər səbəbindən təhlükə altındadır. Bundan əlavə, ölkədə aşağı liqaya düşmə sistemi mövcud deyil. Bu sistemin ötən mövsümədək tətbiqi planlaşdırılsa da, bu baş verməyib.

“Mançester Siti” ilə yanaşı “City Football Group”-a “Jirona”, “Nyu-York Siti”, “Melburn”, “Montevideo”, “Yokohama”, “Palermo”, “Bolivar” və Braziliyanın “Bahia” klubu da daxildir.

Aut.az