Dünya futboluAzərbaycan futbolu

Ramil Şeydayevdən möhtəşəm qol – VİDEO

Tailand çempionatında 2-ci turun oyunları başlaıyıb.

Aut.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” “Lamphun Varrior”la qarşılaşıb.

Oyun “Buriram Yunayted”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu qarşılaşmanın 6-cı dəqiqəsində möhtəşəm baş zərbəsi ilə Ramil Şeydayev vurub.

Ramil qarşılaşmanın 79-cu dəqiqəsində əvəzlənib.

“Buriram Yunayted” 2 oyundan sonra 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.