Qaydasız döyüş

İslam Həbibin düşmənini ən yaxşılar arasına saldı

UFC-nin yarımorta çəkidə çempionu İslam Mahaçev müxtəlif kateqoriyalarda ən yaxşı UFC döyüşçülərinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, Mahaçev bu barədə “TNT Sports”a verdiyi müsahibədə bildirib.

“Hazırda ən yaxşı UFC döyüşçüsü İslam Mahaçevdir (gülür.) Ən həyəcanlı UFC döyüşçüsü Maks Holloueydir. UFC tarixində ən yaxşı axmaqcasına danışan Konor Makqreqordur. UFC tarixində ən yaxşı yarımorta çəkili döyüşçü Corc Sen-Pyerdir. Tarixin ən böyük UFC döyüşçüsü həmişə olduğu kimi, Həbib Nurməhəmmədovdur”, – İslam deyib.

Qeyd etmək lazımdır ki, irlandiyalı Konor Makqreqor UFC əfsanəsi Həbib Nurməhəmmədovun düşmənidir.

Aut.az