Dünya futbolu

“İnter Mayami” Messinin daha bir həmyerlisini transfer edir

“İnter Mayami” komandanın kapitanı Lionel Messinin həmyerlisi və “Betis”in yarımmüdafiəçisi Covani Lo Çelso ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “El Correo de Andalucia” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya klubu futbolçu üçün 5 milyon avro tələb edir. Oyunçunun “Betis”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Lo Çelso Argentina millisinin heyətində iki dəfə Amerika Kubokunun (2021 və 2024) qalibi olub, həmçinin 2022-ci ildə Finalissima turnirində qələbə qazanıb.

Qeyd edək ki, “İnter Mayami”də bir neçə argentinalı futbolçu iştirak edir və komandanın baş məşqçisi bu ölkədən olan Xavier Maskeranodur.

Aut.az