Televiziyadan gələn gəlir: Görün “Real” nə qədər qazanıb
“Real Madrid” ötən mövsüm audiovizual hüquqlardan əldə etdiyi gəlirə görə La Liqada lider olub.
Aut.az xəbər verir ki, ümumilikdə, La Liqa klublar arasında 1,292 milyard avro bölüşdürüb.
Ən çox – 157,92 milyon avro ilə “Real Madrid” birinci, 156,45 milyon avro ilə “Barselona” ikinci, 108,17 milyon avro ilə “Atletiko Madrid” isə üçüncü yerdə qərarlaşıb.
Təkcə bu üç klubun hər biri 100 milyon avrodan çox alıb.
Onları 72,26 milyon avro ilə “Atletik” və 67,80 milyon avro ilə “Real Sosyedad” izləyir.
Televiziya hüquqlarından minimum gəliri “Leqanes” əldə edib – 39,93 milyon avro.
Aut.az
