İngiltərəDünya futbolu

“Kayrat”ın Dastanı İngiltərə nəhənginə keçir  

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin top klubların Asiyadan olan oyunçulara artan marağından danışıb.

Aut.az xəbər verir ki, Urazbaxtin “Championat”ın müxbiri Vladimir Çetveriklə müsahibəsində bu haqda bildirib:

“Bazarımız artıq fəal şəkildə izləniləcək. Özbəkistanda Xusanov “Mançester Siti”yə satıldı və bizdə də Dastan Satpayev tezliklə “Çelsi”yə yollanacaq.

Onların baş skautu bizi ziyarət etdi və dedi ki, artıq top klublar Asiya bazarına daha çox diqqət yetirməyə başlayacaqlar. Bu, gənc oyunçularımız üçün əlavə imkanlar deməkdir. Eyni zamanda, o, oyunçulara uzunmüddətli baxışla yanaşdıqlarını və potensial olaraq onları bir neçə il ərzində inkişaf etdirəcəklərini söylədi”.

Aut.az