İndi elə məşqçilər gətirirlər ki, adlarını belə eşitməmişəm -Mourinyo
Joze Mourinyo Premyer Liqada az tanınan məşqçilərin təyinatı ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, Mourinyo bu barədə İngiltərə mətbuatına müsahibəsində deyib.
“Mən 2004-cü ildə Çempionlar Liqasının qalibi kimi Premyer Liqaya gəldim. Həmin il Premyer Liqaya yalnız iki əcnəbi məşqçi gəldi: mən və “Valensiya” ilə UEFA kubokunu qazanaraq “Liverpul”a gedən Benites (Mourinyo “Portu” ilə Çempionlar Liqasını qazanmışdı və “Çelsi”yə keçmişdi).
Bu günlərdə Premyer Liqaya adlarını belə eşitmədiyim məşqçilər gəlir və demirəm ki, hörmətsizlik edirəm, amma bəzi məşqçilər qalibiyyətə görə deyil, dataya, rəqəmlərə görə seçilir. Deyəsən, bu cür oynamaq, məsələyə bu cür baxmaq qalib olmaqdan daha vacibdir… Bu mənada hər şey kökündən dəyişib”, – “Fənərbağça”nın baş məşqçisi deyib.
Aut.az
