Argentina yığmasında Messinin nömrəsini görün kimə verdilər – FOTO
Sentyabrın 6-na keçən gecə Argentina və Çili milli komandaları arasında DÇ-2026-nın seçmə mərhələ oyunu keçirilib.
Aut.az xəbər verir ki, Amerika Kubokunun finalında aldığı zədə səbəbindən “Albiseleste”nin kapitanı və əfsanəsi Lionel Messi matçın heyətində yer almayıb.
FİFA qaydalarına görə, nömrə boş qalmamalı və futbolçulardan birinə verilməli idi. Bu futbolçu Paulo Dibala olub.
Qeyd edək ki, Paulo meydana 79-cu dəqiqədə daxil olub və artıq 90+3-də əfsanəvi nömrəli köynəkdə qol vurub. Oyun Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.



