PSJ-dən möhtəşəm jest: 600 əməkdaşın hamısına…
PSJ-nin bütün 600 əməkdaşı Çempionlar Liqasının finalına pulsuz bilet əldə edəcək.
Aut.az xəbər verir ki, Paris klubu həmçinin işçilərinə Münhenə getmələri üçün pul ödəyəcək.
Bu barədə “Sky Sports”un jurnalisti Kave Solhekol PSJ-nin prezidenti Nasser Əl-Xəlaifinin işçilərə yazdığı məktuba istinadən məlumat yayıb.
600 nəfərin hamısı futbolçular üçün ayrılan bonuslardan da pay alacaq.
Çempionlar Liqasının finalı mayın 31-də baş tutacaq. PSJ “İnter”lə qarşılaşacaq.
Aut.az
