İngiltərəİtaliya

Ferdinand Milan derbisində kimi görəndə ağlayıb?

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rio Ferdinand son Milan derbisində Roberto Baccio ilə qarşılaşmasından emosional danışıb.

Aut.az xəbər verir ki, Ferdinand bu barədə öz podkastında deyib:

“Mən öz nəslimin bütün ən yaxşı oyunçularını tanıyıram, əvvəlki və indiki. Və orada (Milan derbisində) Roberto Baccionu gördüm. Nə baş verdiyini bilmirəm, amma təsirləndim. Uşaqlığımı xatırladığım üçün gözlərimdən bir neçə damla yaş gəldi.

O, getdiyim yerdə ən hörmətli və sevimli insanlardan biridir. Mən onu podkata dəvət etdim. Dedim, lütfən, qulaq asın, yalvarıram, gəlin. Düşünmürəm ki, o, mənim, mənim nəslimin onu nə qədər sevdiyinin fərqinə varmır. Mən çox təsirləndim.

İndi heç nə ifadə edə bilmirəm, onu görəndə kəkələdim”.

Aut.az