İtaliya

Ona görə sarışın gözəli də transfer etdilər

İsveçrəli hücumçu Alişa Lemann “Yuventus”un qadın futbolçusu olub.

Aut.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

25 yaşlı sarışın gözəllə 2027-ci il iyununa qədər müqavilə imzaladığı bildirilir.

Ötən mövsüm Lemann “Aston Villa” klubunda çıxış edib. O, bütün turnirlərdə 17 matçda meydana çıxıb və 3 qol vurub.

Daha əvvəl isə Lehmanın sevgilisi yarımmüdafiəçi Duqlas Luiz “Yuventus”a transfer olunub. İtaliya mətbuatı Lemanın “Yuventus”a keçməsinin braziliyalı futbolçunun Turin klubuna transferi ilə bağlı müqavilənin bir hissəsi olduğu iddia edib.

Aut.az