İtaliya

“İnter”in təklif etdiyi yeni müqavilə: 2+1 və illik 6 milyon

“İnter” rəhbərliyi komandanın baş məşqçisi Simone İnzaqiyə daha bir mövsüm artırmaq imkanı ilə müqaviləni iki il uzatmağı təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Milan klubu İnzaqinin maaşını da artıraraq, onu illik 4,5-5 milyon avrodan 6 milyon avroya yüksəldəcək.

Xatırladaq ki, İnzaqinin hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. İtalyan mütəxəssis 2021-ci ilin yayından “İnter”in baş məşqçisidir. Bu mövsüm onun rəhbərliyi altında “neradzurri” İtaliya çempionu olub.

Aut.az