Azərbaycan futboluÇempionlar Liqası

“Qarabağ”dan azarkeşlərə çağırış

Qarabağ” dekabrın 10-da UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Ayaks”la matçı izləmək istəyən azarkeşlərə müraciət edib.

Aut.az xəbər verir ki, klub fanatları stadiona erkən gəlməyə çağırıb:

“Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq”.