Avropa çempionu sabiq klubuna qayıdır
“Napoli” əfsanəsi və İtaliya millisinin sabiq cinah oyunçusu Lorenzo İnsinye B Seriyası klubu olan “Peskara” ilə müqavilə imzalamağa yaxındır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Yarımmüdafiəçi, yayda Vankuverdən ayrıldıqdan sonra sabiq klubuna azad agent kimi qayıdacaq.
Xatırladaq ki, İnssinye 2011/12 mövsümündə “Peskara”ya “Napoli”dən icarə əsasında keçib.
O, karyerası ərzində həmçinin “Kavese” və “Foqqia” klublarında oynayıb, lakin Neapolda əfsanəyə çevrilib: 434 oyun, 122 qol, 95 asist və iki İtaliya Kuboku ilə bir Superkubok qazanıb.
2013–2022-ci illərdə İnssinye İtaliya millisində çıxış edib və 2020-ci ildə Avropa çempionluğunu qazanıb.
Aut.az
