İngiltərə

Salahın müdafiəsinə qalxdı: Unutmamalıyıq ki…

“Liverpul”un müdafiəçisi Vircil van Deyk hücumçu Məhəmməd Salahı dəstəkləyib.

Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romano “X” hesabında van Deykdən sitat gətirib:

“Salah hələ də fantastik oyunçudur və unutmamalıyıq ki, onun klubda bu qədər uğuru var və biz buna hörmət etməliyik.

Ona liderlərimizdən biri kimi ehtiyacımız var. Mən narahat deyiləm”.

Bu mövsüm Salah bütün turnirlərdə klubun heyətində 18 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. “Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 13 və 14-cü turlarında futbolçunu ehtiyatda saxlayıb.

Aut.az