İngiltərə

Salahın zədəsi ciddidir?

Məhəmməd Salah Premyer Liqanın “Kristal Palas”la (3-1) oyununda əvəzlənməli oldu.

Aut.az xəbər verir ki, misirli zədə aldı və oyuna davam edə bilmədi. Mövsümün bitməsinə cəmi dörd həftə qaldığı üçün Salahın bir daha “Liverpul”da oynamaması riski var.

Lakin baş məşqçi Arne Slut tələsik nəticə çıxarmır.

“Salahın zədəsi? Hələlik nə isə demək tezdir. Amma Salahın meydandan getməsinin nə qədər çətin olduğunu bilirik. Əgər o, meydanı tərk edirsə, bu, artıq bir şey deyir. Gözləməli və bunun nə qədər ciddi olduğunu görməliyik”, – Slot “BBC Match of the Day” verilişinə bildirib.

“Liverpul” Premyer Liqa turnir cədvəlində dördüncü yerdədir.

Aut.az