Boks

Taysonun əmisi bu döyüş haqda: Onun heç bir şansı yoxdur

Tayson Fyurinin (34-1-2, 24 KO) əmisi, britaniyalı məşqçi Piter Fyuri ağır çəkidə keçmiş dünya çempionu Entoni Coşua (28-4, 25 KO) ilə ağır çəkili boksçu və bloger Ceyk Pol (12-1, 7 KO) arasındakı qarşıdurmanı dəyərləndirib.

Aut.az xəbər verir ki, “SecondsOut” məşqçidən sitat gətirib:

“Siz Coşuanın yerində olsaydınız, bu döyüşü qəbul edərdiniz? Bəli. Niyə də olmasın? Biri sizə 50-80 milyon təklif edir, onun kimi birinə qarşı nə edəcəksiniz?

İnsanlar bunun boks üçün pis olduğunu, onun irsinin məhv olacağını deyirlər. Qulaq asın, mənimlə məşq etsəydi, mən də  “hə, götür” deyərdim. Təbii ki, “yox” demək axmaqlıqdır, pul çoxdur”.

Piter Fyuri Coşuaya qarşı mübarizədə Polun şanslarını da dəyərləndirib.

“Mən Ceykə şans vermirəm. Coşuanın qüsurları var, amma söhbət ikiqat dünya çempionu, sizi bir yumruqla nokaut etmək gücündə olan oğlandan gedir”, – Fyuri deyib.

Xatırladaq ki, Coşua-Pol döyüşü dekabrın 19 -da baş tutacaq.

Aut.az