Boks

Dünya çempionu 6-cı dəfə titulunu qorudu

Yaponiyalı Naoya İnoue 55,22 kq çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu titulunu qoruyub.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 12 raundluq döyüşdə İnoue meksikalı David Pikassonu hakimlərin yekdil qərarı ilə məğlub edib və ikinci ən yüngül çəki dərəcəsində mütləq dünya çempionu titulunu ardıcıl altıncı dəfə müdafiə edib.

32 yaşlı yapon boksçunun aktivində hazırda 32 qələbə var, onlardan 27-si nokautla qazanılıb. O, peşəkar karyerasında hələ məğlub olmayıb.

25 yaşlı David Pikasso isə karyerasında ilk məğlubiyyətini alıb. Onun hesabında 32 qələbə (17 nokaut), 1 heç-heçə var. Meksikalı boksçu ilk dəfə dünya çempionluğu titulları uğrunda döyüşüb.

Aut.az