Hyustonda boks gecəsi: Qarsiya onu nokauta göndərdi
Dekabrın 3-də Hyustonda (ABŞ) Toyota Mərkəzində böyük boks gecəsi baş tutub.
Aut.az xəbər verir ki, gecənin əsas hadisəsi yüngül çəkidə keçmiş həvəskar boks ulduzu Rayan Qarsiya ilə sabiq WBC çempionu Oskar Duarte arasında keçirilən döyüş olub.
Qarsiya rəqibini səkkizinci raundda nokaut edə bilib. Beləliklə, Rayan karyerasında 20 dəfə nokautla qələbə qazanıb. İndi onun hesabında 24 qələbə və cəmi bir məğlubiyyət var.
Qarsiya peşəkar karyerasında Cervon Deyvisə məğlub olduqdan sonra bu döyüşə çıxmışdı.
Oskar 2019-cu ildə uduzub, lakin o vaxtdan bəri 11 döyüşdən qələbə ilə ayrılmışdı.
Aut.az
