Boks

Dünya çempionunun planı açıqlandı: Nə vaxt döyüşəcək?

WBC versiyası üzrə yarımorta çəkidə dünya çempionu Rayan Qarsiya (25-2, 20 KO) titulunu 2026-cı ilin iyulunda qorumağı planlaşdırır.

Aut.az xəbər verir ki, bbu barədə “Boxing News 24” məlumat yayıb.

Qarsiyanın meneceri Qvadalupe Valensiya “Fight Freaks Unite”-yə müsahibəsində bildirib ki, ulduz boksçu artıq may ayında tam hazırlıq düşərgəsinə başlayacaq. WBC kəmərinin ilk müdafiəsinin iyulun ortalarında “Ring Magazine” turnirinin əsas döyüşü çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Qarsiyanın Mario Barriosla son döyüşündən sonra əlində zədə ilə bağlı narahatlıqlar yaranmışdı. Lakin menecer 27 yaşlı çempionun azarkeşlərini sakitləşdirib.

“Əlin vəziyyəti artıq xeyli yaxşıdır. Xoşbəxtlikdən sadəcə istirahətə ehtiyacı var. Mayın əvvəlində tam hazırlığa başlayacaq”, – deyə Valensiya bildirib.

Hazırda Qarsiyanın növbəti rəqibi müəyyənləşməyib. Gözlənilir ki, namizədlərin müzakirəsinə bu həftə start veriləcək.

Xatırladaq ki, Rayan Qarsiya fevralın 22-də Mario Barriosa hakimlərin yekdil qərarı ilə qalib gələrək yarımorta çəkidə WBC çempionu titulunu qazanıb.

Aut.az