Komanda yoldaşını vuran futbolçu üzr istədi
“Everton”un yarımmüdafiəçisi İdrissa Qeye Premyer Liqanın 12-ci turunda “Mançester Yunayted”lə oyunda qırmızı vərəqə aldığı üçün üzr istəyib.
Aut.az xəbər verir ki, futbolçu bu barədə sosial mediada yazı.
“İlk növbədə komanda yoldaşım Maykl Kindən üzr istəmək istəyirəm. Reaksiyama görə tam məsuliyyəti öz üzərimə götürürəm. Həmçinin komanda yoldaşlarımdan, məşqçilər korpusundan, azarkeşlərdən və klubdan üzr istəyirəm.
Baş verənlər mənim kim olduğumu və nəyə dəyər verdiyimi əks etdirmir. Duyğular yüksək ola bilər, amma heç bir şey belə davranışa haqq qazandırmaz. Belə bir şeyin bir daha təkrarlanmaması üçün əlimdən gələni edəcəyəm”, – Qeye yazıb.
İlk hissədə Qeye müdafiəçi Maykl Kin ilə mübahisə edib və bu zaman seneqallı komanda yoldaşının üzünə vurub. Hakim ona birbaşa qırmızı vərəqə göstərib. “Everton” 13-cü dəqiqədə meydanda azlıqda qalmasına baxmayaraq, “Old Trafford”da “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Aut.az
