Qvardiolanın Qvardiol haqda zarafatı: Ən yaxşı cinah oyunçusudur
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Fulhem” üzərində böyük hesablı qələbədən (4:0) sonra dubl edən müdafiəçisi Yoşka Qvardiolu tərifləyib.
Aut.az xəbər verir ki, Pep zarafatla Yoşkanı dünyanın ən yaxşı cinah oyunçusu adlandırıb.
“İlk qolu planetin ən yaxşı cinah oyunçusu vurdu. Yoşka heyrətamiz oğlandır, müxtəlif mövqelərdə oynaya bilir. “Vulverhempton”la oyundan sonra futbolçulara 3 günlük istirahət verdim və təkcə Qvardiol bazaya getdi. Futbol üçün yaşayır. Bu, uzun illər davam edəcək inanılmaz bir vərdişdir.
Yoşko hər iki ayağı ilə inanılmaz dərəcədə yaxşı vurur. İkinci hissədə o, ən yaxşı vəziyyətdə deyildi. Müdafiədə daha sıx oynamalıyıq. Qol vurmaq çox xoşdur, lakin o, daha əzmkar olmalıdır. Bununla belə, onun cəmi 21 yaşı var və təkmilləşməyə davam edəcək”, – deyə Qvardiola “BBC Sport”a bildirib.
İngiltərədəki ilk mövsümündə xorvatiyalı müdafiəçi bütün yarışlarda 39 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Aut.az
