20 yaşında tarixə düşdü
“Anaheim Daks”ın hücumçusu Leo Karlsson NHL-in normal mövsümündə Vegas qarşısında (4:3 OT) qol ötürməsi edib.
Aut.az xəbər verir ki, 20 yaşlı forvardın “Daks”dakı oyunları üzrə ümumi göstəriciləri 153 matçda 103 xal (43 qol + 60 asist) olub. O, komandanın 20 yaşına çatmamış 60 asist edən ilk oyunçusu olub.
İsveçli hokkeyçilər arasında isə bu nəticəyə nail olan dördüncü oyunçudur. Oxşar göstəricilərə Rasmus Dahlin (85 asist), Niklas Bakström (70) və Mats Sundin (62) nail olub.
Bu mövsümdə Karlsson 22 matçda 29 xal toplayıb və +12 göstəricisi ilə oynayıb.
Aut.az
